
Seçilmiş
Hava soyuqdur, Kefim də yoxdur... Dedim nəyisə dəyişim Kefimi açım... Fikirləşdim, Fikirləşdim, Fikirləşdim, Dəyişdim...
— Dəyişdim, 2025
Son yazılar
Üç hekayə
Deyək ki, uzadan yol gələr oldun, Dolandın qapı-baca əlacsız, naçar, Dolandın bir ərin evinə sarı Ər deyən ağadır, torpağın biçər, Süfrənin üstdədir şüyüdlü plov
9 noyabr 2026 Hekayə · 2026Camalın gödəkçəsi
Həftənin şənbə günü idi. Elşadla Camal, şənbə günü çay içməyə sözləşmişdilər. Elşad, səhər saat on iki olmamış, universitetə gəlmişdi. Növbədə tək idi. Mühafizə xidmətindən açarı götürüb, turniketdən keçdi. Saata baxdı.
18 dəq oxu Şeir · 2026Daş
O daş binaların daş adamları Daş pəncərələri, daş otaqları, İçində oyanan, bəlkə boğulan, O daş arzuları, daş xəyalları... Hələ daşdan keçən, divardan keçən,
12 oktyabr 2026 Hekayə · 2026Dua
Axşam idi. Elşad saç-saqqalını qırxırdı. Zəng gəldi. Whatsapp zəngi idi. Adı oxudu "Samir Məcidli" Tanış gəlmədi.
28 dəq oxu Hekayə · 2026Yağış
İş təlimindən qayıtmışdım. Günorta idi. JMR Plazadan aşağı düşüb, üzü Nizami küçəsinə tərəf yol aldım. Hava yağışlı idi. Pay-piyada çatdım Nizami kinoteatrının üzbəüzündəki keçidə. Ac idim. Keçid aşağı düşüb, keçid yuxarı qalxdım.
9 dəq oxu Hekayə · 2026Çay Süfrəsi
Elşad, Xətai metro stansiyasının qarşısında idi. Zəng gəldi. -Alo, Elşad bəylə danışırıq? -Bəli. -Salam, Elşad bəy. Siz bizə Linkedindən müraciət etmişdiniz. Məlumat menecerliyi ilə bağlı. Elşad, yadına salmağa çalışırdı.
19 dəq oxuMövzular
Haqqında
Emil İsmayılov şeir və hekayə yazır. Yazılarının çoxunun altında eyni imza durur: «Bakı şəhəri». Bu şəhər onun mətnlərində sadəcə məkan deyil, həmsöhbətdir. Köhnə məhəllələri, metro keçidləri, gecə yarısı yanıb-sönən işıqları ilə hər yazıda yenidən danışır.
Şeirlərində insan çox vaxt təkdir: bir otaqla, bir gecəylə, bir yuxuyla, Allahla baş-başa qalır. Dərdini otağa danışan, qorxuları ilə dostlaşan, ulduzlardan murad diləyən qəhrəmanı sadə dildə, canlı danışığın ritmi ilə danışır. Heca vəznli misralardan sərbəst şeirə, iki misralıq qısa şeirlərdən uzun, nəfəsli poemalara qədər fərqli formalarda yazır. Sevgi, itki, müharibənin səssiz yaraları, adi insanın gündəlik qayğısı bu şeirlərin əsas mövzularıdır.
Hekayələri şəhərin gündəlik həyatından götürülüb: karantin günlərində çörək növbəsi, işdən evə gedən yol, çay süfrəsi arxasında söhbət, yağışlı bir günorta. Bu mətnlərdə adi bir günün içindəki kədəri, yumoru və insan istisini tutmağa çalışır.
Bu saytda onun 2022-ci ildən bu günə qədər yazdığı şeir və hekayələr toplanıb.